Ərdoğandan İstanbuldakı partlayışla bağlı AÇIQLAMA 

Xalqımız İstanbuldakı hadisəni törədənlərin layiq olduğu kimi cəzalandırılacağından əmin olsunlar.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Türkiyə dövlətinin aidiyyəti qurumları bu hücumu törədənləri, onun arxasında duranları aşkara çıxarmaq üçün fəaliyyətini davam etdirir.

 

Qeyd edək ki, İstanbulun İstiqlal küçəsində baş verən partlayış nəticəsində 6 nəfər həlak olub, 53 nəfər yaralanıb.

Mənbə

Share: