Makron noyabrın 19-da Paşinyanla görüşməyi planlaşdırır

Noyabrın 19-da Fransa prezidenti Emmanuel Makron Tunisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.

 

Bu barədə Yelisey Sarayının mətbuat xidmətinin noyabrın 12-də Makronla Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığına dair məlumatında deyilir.

 

Daha əvvəl xəbər verildiyi kimi, hesabata görə, Makron söhbət zamanı “Praqa sammitində qəbul edilən qərari və Avropa İttifaqının Azərbaycanla sərhəddə mülki missiyasının sabitləşdirici təsirini alqışlayıb”.

 

Xəbərdə qeyd olunur ki, Fransa prezidenti noyabrın 19-da Tunis Cerbasında keçirilən XVIII Frankofoniya Sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşmək imkanı əldə edəcək.

Mənbə

Share: