“Əvvəllər hamı dəb üçün partiya yaradırdı”

“Əvvəllər dəb üçün hamı siyasi partiya yaradırdı. Biri adını Qərbdən, biri Şərqdən götürürdü”.

Millətin Səsi.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov bildirib.

Onun sözlərinə görə, bəziləri ölkədə çevrilişlər etmək üçün çalışırdı.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsindən söz açan deputat vurğulayıb ki, artıq hər yerindən duran partiya yarada bilməyəcək.

“Biz müzakirələr zamanı siyasi partiyaların hamısı çağırmışdıq, amma gəlməyənlər vardı. Gəlməyənlər qorxanlar idi. Hamıya şərait yaradılırdı ki, gəlib, sözünü desin, onları burada kəsmədik ki? Qorxurlarsa, o başqa məsələ. Hesab edirəm ki, qanunu burda hamı dəstəkləyir və tam standartlara da uyğundur”, – deyə S.Novruzov müzakirələr zamanı söyləyib.

Mənbə

Share: