Təbrizin Apelliyasiya Məhkəməsi ilkin məhkəmənin 13 milli fəal barədə çıxardığı 85 il 9 ay həbs cəzasını qüvvədə saxlayıb.
Axar.az xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
İbrahim Əvəzzadə, Hamid Yeganəpur, Yürüş Mehrəlibəyli, Araz İbrahimnejad, Hüseyn Azadi, Əmir Hüseyn Ağayi, Nasir Rəzmcu, Davud Şiri, Cavad Sudbər, Mehrdad Qadiri, Əli Babayi, Mürtəza Nurməhəmmədi və Mir Məhəmmədrza Müvəhhidiyə “ölkənin milli təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olmaq” və “qanunsuz qruplara üzv olmaq” ittihamları irəli sürülüb.
Adı çəkilən fəallar 2024-cü ilin müxtəlif dövrlərində həbs edilərək Təbriz həbsxanasına köçürülüb, bir müddət sonra isə girov qarşılığında müvvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılıblar.
Onlardan bir neçəsi hazırda həbsdədir.


