1623-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

1623-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1623-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 673 təyyarəsi, 284 helikopteri, 196 823 PUA-sı, 669 zenit-raket kompleksi, 30 425 tank və digər zirehli texnikası, 1 768 reaktiv yaylım atəş sistemi, 36 032 artilleriya və minaatanı, 68 294 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

Share: