İranda güclü partlayış: yaralılar var

İranda güclü partlayış: yaralılar var

İranın Rey şəhərinin Şəmsabad Sənaye Parkında güclü partlayış baş verib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.

Partlayış alüminium zavodunun tökmə çənində baş verib. Baş verən partlayış və yanğın nəticəsində 21 işçi yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Partlayışın başvermə səbəbləri araşdırılır.

Share: