ABŞ-ın Viskonsin ştatında 69 yaşlı təqaüdçü mağazaya özünün yüngül helikopteri ilə gedib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Məlumata görə, kişi yaşadığı Rozendeyl kəndindən havaya qalxaraq mağazanın düz qarşısında yerə enib.
Hadisə yerinə gələn polisə ifadəsində bildirib ki, yol çox uzun olduğundan vaxta qənaət etmək üçün bu addımı atıb.
Axar.az
Kişinin uçuş lisenziyası olduğundan polis hadisəni qanun pozuntusu hesab etməyib.


