2 min il yer altında qaldı – Qədim tanrının “zühuru”

İtaliyanın paytaxtı Romada arxeoloji qazıntılar zamanı Dionisin mərmərdən hazırlanmış heykəli tapılıb.

Qədim yunan mifologiyasında rəqs və məhsuldarlıq (şərab) tanrısı olan Dionisin Roma imperiyası dönəmində hazırlandığı iddia edilən 2 min illik heykəli təmizlənərək sərgiyə çıxarılacağı bildirilib.

Şərab tanrısının başı 2 min il torpaq altında qaldıqdan sonra antik Romanın mərkəzi olan Roma Forumunda arxeoloji qazıntılar zamanı aşkar olunub.

İmperiya dönəmindən günümüzə qədər gəlib çıxan tapıntının böyük bir tanrı heykəlinə aid olduğu deyilir.

Roma Arxeologiya Muzeyinin direktoru Klavdiyo Presiççeyə görə, Dionisin başı eramızdan əvvəl I əsr və bizim eranın II əsrləri arasındakı bir dönəmə aiddir.

Yunan mifologiyasında kral Xadmosun qızı Semelenin oğlu olan şərab tanrısı Dionus Olimposun 12 tanrısından biridir. Dionis mifologiyada şərabla yanaşı, rəqs, teatr və məhsuldarlığı da təmsil edir./Teleqraf.com

Share: