İlham Əliyev yeni prezidentləri təbrik etdi

Prezident İlham Əliyev Litva Respublikasının yeni seçilmiş prezidenti Gitanas Nausedaya təbrik məktubu ünvanlayıb.

Milletinsesi.az məktubun mətnini təqdim edir:

“Hörmətli cənab Nauseda,

Litva Respublikasının Prezidenti vəzifəsinə seçkilərdə qələbəniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Litva arasındakı münasibətlər dinamik və ardıcıl inkişaf yolundadır. Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

İlham Əliyev Latviya Respublikasının yeni seçilmiş prezidenti Egils Levitsə də təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir:

“Hörmətli cənab Levits,

Latviya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Latviya münasibətləri xoş ənənələrə malikdir. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram”.

 

Share: