Aytən Səfərova dietoloqların bahaçılığından gileyləndi

Aytən Səfərova dietoloqların bahaçılığından gileyləndi

“Baxırsan ki, arıq bir qızı götürüb reklam edirlər ki, bir az qarnım var, bu yeməklə bədən ölçümü dəyişəcəyəm. Siz əsl kök adamları o qiymətə elə arıqladın”.

 

Moderator.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib. Səfərova dietoloqların müştərilərə təqdim etdiyi yeməklərdən söz açıb. O bildirib ki, bunların qiyməti də çox yüksəkdir:

 

“Mən isə bezdim pəhrizdən. Mənə də eyni yeməkləri göndərirdilər: duzsuz, yağsız. Birdən-birə buna keçmək mümkün deyil. Yeməyi bacardığım qədər yedim. Bədən psixoloji dözmür. 2-3 həftə sonra psixoloji gərginləşdim. Çəki itirdim, amma sonra… İnsan pendir-çörək yeyir, birdən bozbaşa atılır, elə oldum. Qiyməti də bahadır. Əməlli gəlirli biznesdir. Gərək amma peşəkar dietoloq ola. O pulla sağollaşmağa hazırsınızsa, edin”.

Mənbə

Share: