Quranı yandıran şəxs Norveçdə həbs edilib

Qurani-Kərimin yandırılmasının təxribatçısı Momika qaçdığı Norveçdə həbs edilib.

 

İsveçdə Qurani-Kərimin yandırılması ilə bağlı təxribatları ilə tanınan iraqlı Salvan Momikanın sığınacaq istədiyi Norveçdə həbs olunduğu və deportasiya ediləcəyi bildirilib.

 

İsveç İmmiqrasiya Apellyasiya Məhkəməsi tərəfindən martın 27-də onu İsveçdən deportasiya etmək qərarı təsdiqlənib. Təxribatçı Salvan Momikanın Norveçə sığınacaq tələbi rədd edilib. Norveç İmmiqrasiya İdarəsindən verilən açıqlamada, Momikanın 28 Martda sığınacaq tələbinin qəbul edilmədiyi, bu səbəbdən deportasiya məqsədi ilə saxlanıldığı bildirilib.

 

 

Mənbə

Share: