Azərbaycanda qida məhsullarının istehsalı artacaq – PROQNOZ

Azərbaycan 2023-сü ildə unun istehsalını 1 689,7 min tona çatdıracaq ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4% çoxdur.
“APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1 625,9 min ton un istehsal olunacağı nəzərdə tutulub.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə ölkədə 1 645 min ton, 2021-ci ildə – 1 651,5 min ton, 2022-ci ildə isə 1 668 min ton unun istehsal olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 1 602,9 min ton un istehsal edilib.
Ümumiyyətlə ölkədə 2023-cü ilə üçün bir sıra qida məhsulları üzrə artım proqnozlaşdırılır.
Azərbaycanda qida məhsullarını istehsalı üzrə proqnoz göstəriciləri:
Qida məhsullarının istehsalı (növ üzrə) 2018-ci il 2019-cu il 2020-ci il 2021-ci il 2022-ci il 2023-cü il
Mal əti (min ton) 130,9 136,1 141,6 147,2 153,1 159,3
Quş əti(min ton) 98 100,7 103 105,3 108,2 109,9
Meyvə və tərəvəz şirələri

(min dkl)

965,8 1 066,8 1 123 1 187,9 1 254,1 1 383,2
Emal edilmiş duru süd(min ton) 921 939,6 972,5 1 016,5 1 060,5 1 098,9
Qənd-rafinad və şəkər tozu(min ton) 203,1 286,3 299,8 333,5 385,2 431,6
Kərə yağı(min ton) 23,6 24,2 24,9 25,3 26,1 26,8
Pendir və kəsmik(min ton) 50,1 52,1 53,7 54,6 56,3 57,6
Bitki yağları(min ton) 71,1 73,2 76,9 84,6 97,3 107
Un(min ton) 1 602,9 1 625,9 1 645 1 651,5 1 668 1 689,7
Çörək və çörək-bulka məmulatları(min ton) 1 235 1 247,4 1 259,5 1 268,9 1 278 1 293,3
Xörək duzu(min ton) 64,4 71 72,7 73,4 73,9 74,4
Share: