Azərbaycanda qida məhsullarının istehsalı artacaq – PROQNOZ

Azərbaycanda qida məhsullarının istehsalı artacaq – PROQNOZ
Azərbaycan 2023-сü ildə unun istehsalını 1 689,7 min tona çatdıracaq ki, bu da 2019-cu il üçün olan gözləntilərlə müqayisədə 4% çoxdur.
“APA-Economics”in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, bu il ölkədə 1 625,9 min ton un istehsal olunacağı nəzərdə tutulub.
Məlumata əsasən, bu göstəricinin ilbəil artacağı proqnozlaşdırılır. Belə ki, 2020-ci ildə ölkədə 1 645 min ton, 2021-ci ildə – 1 651,5 min ton, 2022-ci ildə isə 1 668 min ton unun istehsal olacağı gözlənilir.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 1 602,9 min ton un istehsal edilib.
Ümumiyyətlə ölkədə 2023-cü ilə üçün bir sıra qida məhsulları üzrə artım proqnozlaşdırılır.
Azərbaycanda qida məhsullarını istehsalı üzrə proqnoz göstəriciləri:
Qida məhsullarının istehsalı (növ üzrə)2018-ci il2019-cu il2020-ci il2021-ci il2022-ci il2023-cü il
Mal əti (min ton)130,9136,1141,6147,2153,1159,3
Quş əti(min ton)98100,7103105,3108,2109,9
Meyvə və tərəvəz şirələri

(min dkl)

965,81 066,81 1231 187,91 254,11 383,2
Emal edilmiş duru süd(min ton)921939,6972,51 016,51 060,51 098,9
Qənd-rafinad və şəkər tozu(min ton)203,1286,3299,8333,5385,2431,6
Kərə yağı(min ton)23,624,224,925,326,126,8
Pendir və kəsmik(min ton)50,152,153,754,656,357,6
Bitki yağları(min ton)71,173,276,984,697,3107
Un(min ton)1 602,91 625,91 6451 651,51 6681 689,7
Çörək və çörək-bulka məmulatları(min ton)1 2351 247,41 259,51 268,91 2781 293,3
Xörək duzu(min ton)64,47172,773,473,974,4
Share: