Məşhur aktyor “Kadın”da

Üç mövsümdür reytinqlərdə yer almağı bacaran “Kadın” serialına yeni aktyor gəlib.

Axşam.az xəbər verir ki, ekran işindən bu mövsüm Bennu Yıldırımlar və Caner Cindoruk ayrılıb.

Onların yerinə “Kadın”a Hümeyra gətirilib. İndi isə ekran işinə Hakan Kurtaş gəlib. O, serialın 70-ci bölümündən tamaşaçıların qarşısına çıxacaq.

Qeyd edək ki, Kurtaş son dəfə Kıvanç Tatlıtuğ ilə Elçin Sangunun baş rolda çəkildiyi “Çarpışma”da rol almışdı.

Share: