Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.
Millətin Səsi.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMV markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub.
Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Asif Nağıyev müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Bakının Qaradağ rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
Qobustan qəsəbəsində 1983-cü il təvəllüdlü A.Şahmuradovu idarə etdiyi avtomobillə vuraraq öldürməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü A.Nağıyevin qardaşı Vasif bildirib ki, qardaşı A.Şahverdiyevə qəsəbəni tərk etməyi tapşırıb.
Lakin o, qəsəbəni tərk etməyib.
O qeyd edib ki, A.Nağıyev A.Şahverdiyevi arvadına qeyri-etik mesaj yazdığına görə öldürüb.


