Makronun rəhbərliyi altında Fransa Avropanın “ən zəif halqası”na çevrilir

Makronun rəhbərliyi altında Fransa Avropanın “ən zəif halqası”na çevrilir

Prezident Emmanuel Makronun təxminən 10 illik hakimiyyəti Fransanı Avropanın “ən zəif həlqəsi”nə çevirib.

Millətin Səsi.az xəbər verir ki, bu barədə “Bloomber”iməlumat yayıb.

Makron 2017-ci ildə Fransada “iqtisadi və siyasi inqilab” həyata keçirməyə çalışan, biznes yönümlü bir siyasətçi kimi hakimiyyətə gəlmişdi. Lakin məqalədə qeyd olunur ki, prezident 2027-ci ildə vəzifəsini tərk etdikdən sonra onun siyasi hərəkatı faktiki olaraq başa çatacaq və vəd edilən inqilab Fransanın iqtisadi siyasətində heç bir dəyişikliyə səbəb olmayıb; həmin siyasətdə isə digər Qərb ölkələri ilə müqayisədə dövlət xərcləri mühüm rol oynayır.

Məqalənin müəllifi Uilyam Horobin qeyd edir: “Dövlət xərclərini əsas həll yolu kimi seçməsinə səbəb olan on illik siyasi səhvlər və qlobal sarsıntılardan sonra xalqın narazılığı artır, iqtisadi artım zəifləyir, borc yükü sürətlə yüksəlir və investorlar Fransa aktivlərindən kütləvi şəkildə imtina edirlər; qlobal istiqraz bazarındakı bu tənəzzül Fransanı avrozonanın ən zəif iqtisadi həlqəsinə çevirib”.

Share: