Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı gənc oğlan bıçaqlanaraq qətlə yetirilib.
Millətin Səsi.az Bakupost.az-a istinadla xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib.
Əraziyə polis əməkdaşları cəlb olunub.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
TƏBİB-dən bildirilib ki, dünən saat 21:25-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Xətai rayonundan çağırış qeydə alınıb:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeyd alınıb”.
***
Bakının Xətai rayonunda qətl hadisəsi baş verib.
Hadisə oktyabrın 4-də saat 22 radələrində Xətai rayonu F.Qəmbərov küçəsində qeydə alınıb.
Cəbrayıl rayon sakini əvvəllər məhkum olunmuş 2003-cü il təvəllüdlü Qüdrət Mahmudov münaqişə zəminində Bakı şəhər sakini 2008-ci il təvəllüdlü Arda Qurbanlını bıçaqla öldürüb.
Q.Mahmudov polis əməkdaşları tərəfindən tutulub.
Araşdırma rayon prokurorluğu tərəfindən aparılır.


