İran rəsmisi: “ABŞ qüvvələri İrandan 1000 km uzaqlaşıb

İran rəsmisi: “ABŞ qüvvələri İrandan 1000 km uzaqlaşıb

ABŞ qüvvələri İran sərhədindən 1000 km-dən çox məsafəyə geri çəkilib.

Millətin Səsi.az xəbər verir ki, bu sözləri İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) Baş Komandanının Məşvərət Qrupunun rəhbəri bildirib.

Kontr-admiral Əli Fədəvi dövlət yayımçısının efirində çıxışı zamanı deyib: “Amerikalılar geri çəkilib və sərhədlərimizdən 1000 km-dən çox uzaqlaşıblar. Bu, onların öz seçimi deyil, İslam Respublikasının təsiri və İİKK-nin quru qoşunlarının gücünün nəticəsi idi”.

İranlı yüksək rütbəli hərbçinin sözlərinə görə, ilk dəfə olaraq ABŞ hərbi gəmiləri Fars körfəzi, Hörmüz boğazı, Oman körfəzi və Hind okeanının şimal hissəsində mövcud olmayıb. O vurğulayıb ki, Hörmüz boğazı artıq bir neçə aydır ki, İranın nəzarəti altındadır.

Fədəvi əlavə edib ki, ABŞ müharibə zamanı qarşıya qoyduğu hədəflərin heç birinə nail olmayıb. O bildirib ki, Vaşinqtonun regiondakı vəziyyətə təsir etmək cəhdlərinə baxmayaraq, Tehran Maskatla birlikdə Hörmüz boğazı üçün naviqasiya qaydaları hazırlayıb və qəbul edib.

Share: