
İngiltərə Premyer Liqasının 2027/2028 mövsümünün başlama və bitmə tarixləri açıqlanıb
Millətin Səsi.az xəbər verir ki, bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb.
Yeni mövsüm 2027-ci il avqustun 13-də start götürəcək. Çempionatın son turu isə 2028-ci il mayın 21-də keçiriləcək. Son turun bütün görüşləri ənənəvi olaraq eyni vaxtda başlayacaq.
Qeyd edək ki, 2026/2027 mövsümünün başa çatmasından sonra komandaların istirahəti üçün 75 tam gün nəzərdə tutulub. Çempionatın son turu UEFA Çempionlar Liqasının finalından bir həftə əvvəl keçiriləcək.
2027/2028 mövsümündə 33 həftəsonu turu və həftəiçi beş tur təşkil olunacaq. Həmçinin Milad və Yeni il bayramları dövründə iki turun arasında 60 saatdan az fasilə olmayacaq. Bu qərar qış aylarında oyun təqviminin sıxlığını azaltmaq məqsədi daşıyır.
qol.az


