BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Bazar , Dekabr 15 2019

2019-cu ilin ən yaxşı oyun qurucuları açıqlandı


Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu ilin ən yaxşı oyun qurucularının adlarını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, siyahının ilk pilləsində “Barselona”nın futbolçusu Lionel Messi yer alıb. Kevin de Brüyne (“Mançester Siti”) ikinci, Eden Hazard (“Real”) üçüncü olub.

1. Lionel Messi (“Barselona”) – 299 xal

2. Kevin De Brüyne (“Mançester Siti”) – 85

3. Eden Hazard (“Çelsi” / “Real”) – 55

4. Roberto Firmino (“Liverpul”) – 46

5. Bernard Silva (“Mançester Siti”) – 32

6. Duşan Tadiç (“Ayaks”) – 30

7. Frenki de Yonq (“Ayaks” / “Barselona”) – 25

8. Kristian Eriksen (“Tottenhem”) – 21

9. Antuan Qrizmann (“Atletiko” / “Barselona”) – 20

10. Corcino Veynaldum (“Liverpul”) – 17