Poqba “Real”a bir addım da yaxınlaşdı

Poqba “Real”a bir addım da yaxınlaşdı

“Mançester Yunayted”in kapitanı Pol Poqba “Real” keçməkdə israrlıdır.

Milletinsesi.az-ın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin meneceri Mino Rayola yeni müqavilə ilə bağlı klub rəhbərliyiylə planlaşdırılan görüşü ləğv edib. Komandanın uğursuz çıxışının davam etdiyini görən 26 yaşlı futbolçu İspaniyaya getmək istədiyini növbəti dəfə dilə gətirib.

Qeyd edək ki, “Mançester Yunayted”lə 2021-ci ilin yayına qədər müqaviləsi olan Poqba bu mövsüm 44 oyunda 16 qol vurub, 11 dəfə isə məhsuldar ötürmə edib.

Share: