İmişlidə silsilə oğurluqlar edən şəxslər saxlanılıb

İmişli rayonunda silsilə oğurluqlar edən kənd sakinləri tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən xəbərə görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində N.Məmmədova məxsus avtomobildən 4700 manat pul oğurlamaqda şübhəli bilinən Məzrəli kənd sakinləri A.Əliyev, əvvəllər məhkum olunmuş M.Fazilov və T.Fətəlizadə saxlanılıblar.

T.Fətəlizadənin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha bir evdən qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırmalar davam edir.

Share: