“İran öz neftini bir çox üsüllarla sata bilər”

“İran öz neftini bir çox üsüllarla sata bilər”.

Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Səid Hüseyn Nəqavi bildirib.

“ABŞ rəsmiləri İranın neft satışını minimuma endirmək üçün əllərindən gələni etdilər, lakin onlar uğursuzluğa məhkumdurlar. Çünki indi İran 1,5 milyon bareldən artıq neft və qaz ixrac edir”, – deyə Nəqavi bildirib.
Onun sözlərinə görə, İran Yaxın Şərqdə ən yüksək keyfiyyətli neftə sahibdir və bir çox ölkə məhz İran neft məhsullarını tələb edir: “İranın nefti sanksiyaya məruz qala bilməz”.

O, həmçinin əlavə edib ki, ABŞ-ın İrana qarşı həyata keçirdiyi tədbirlər psixoloji müharibənin bir hissəsidir və digər ölkələrə təsir etmə cəhdidir.

Share: