ABŞ-ın Aeronavtika və Kosmos İdarəsi (NASA) “Spitzer” kosmik teleskopunun çəkdiyi son görüntüləri yayımlayıb.
Milletinsesi.az xəbər verir ki, 17 il NASA-ya xidmət edən teleskop qalaktikanı infraqırmızı şüalarla müşahidə edirdi.
İşlədiyi müddətdə qalaktikalar, nebulalar və bir çox səma cisimlərini çəkən “Spitzer”in ən diqqətçəkən işi TRAPPIST-1 sistemində həyat ehtimalı olan, Yer kürəsinə bənzəyən 5 müxtəlif planetin kəşfi olub.
“Spitzer” əlavə olaraq qalaktikadan kənarda atmosferin analizini apararaq ilkə imza atmışdı. (publika.az)