Bu ölkə neft yataqlarını bağlayır

Meksika qiymətlərin düşməsi səbəbindən 200-dən çox quyunun işlədiyi 19 yeni neft yatağını bağlamağa hazırdır.

Milletinsesi.az xəbər verir ki, bunu Meksika Prezidenti Andres Manuel deyib.

“Ötən il uzun illər ərzində ilk dəfə olaraq 19 yeni yatağın işlənilməsinə başlandı. Biz 200-dən çox yeni quyu qazdıq. Bu quyulardakı klapanları təzyiq olmadan bağlamaq mümkün olacaq. Bu bizə hasilatı azaltmağa hazırlaşdığımız zamanda kömək edəcək”, – Prezident bildirib.

Qeyd edək ki, hazırda dünya bazarında “Brent” 16,35, yüngül neft isə 11 dollara satılır.

 

Share: