Ukraynada koronavirusa yoluxma halları kütləviləşir

Ukraynada son sutkada koronavirusa yoluxma hallarında yeni antirekord qeydə alınıb.

Ukrayna Səhiyyə Nazirliyinin yaydığı xəbərə görə, bu ölkədə son sutkada 2723 nəfər koronavirusa yoluxub, 51 nəfər isə dünyasını dəyişib. Bundan öncə koronavirusa yoluxma faktı sutkalıq 2495 nəfəri keçməmişdi. Ən çox yoluxma Kiyev, Xarkov, Odessa, Lvov vilayətlərində qeydə alınıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 130 min 951 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 2761 nəfərdir, 59 min 671 xəstə isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, Ukraynada koronavirusla bağlı vəziyyət pisləşdiyindən karantin müddəti noyabra qədər uzadılıb.

Share: