Bakı metrosu bu tarixdə açıla bilər

Sentyabrın 14-də Bakı metrosunun açılacağı gözlənilir.

Milletinsesi.az Report-a istinadən Bakı Metropoliteninin stansiyaları açılışa hazırlanır.

Belə ki, metro stansiyalarının ilk tədris günündən (15 sentyabr) öncə açılması ilə bağlı “Bakı Metropoliteni” QSC təklif irəli sürülüb. Hazırda təklif Nazirlər Kabineti yanında Operativ Qərargahda müzakirə olunur.

Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hazırda bu məsələ ilə bağlı hansısa qərarın olmadığını qeyd edib.

 

Share: