BIGtheme.net http://bigtheme.net/ecommerce/opencart OpenCart Templates
Çərşənbə axşamı , Sentyabr 24 2019

Çimərliklərdə yoxlamalara başlanıldı


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi çimərlik mövsümü ilə əlaqədar aidiyyəti dövlət qurumları ilə birlikdə Xəzər dənizinin Azərbaycana mənsub sahil zolağında, çimərlik zonalarında və mühüm rekreasiya əhəmiyyətli qumsallıqlarda ekoloji vəziyyətin monitorinqinə başlayıb.

Bunu Report-a açıqlamasında Nazirliyin şöbə müdiri Mirsalam Qəmbərov deyib.

Onun sözlərinə görə, monitorinqlər Bakı-Abşeron və Sumqayıt çimərlikləri, regionlarda isə Nabran-Yalama istiqaməti, Xaçmaz və Astara-Lənkəran bölgəsini əhatə edir, çünki həmin ərazilər sahil zolağından güclü çirklənməyə məruz qalır.

Mirsalam Qəmbərov qeyd edib ki, monitorinqlər mövsüm bitənə kimi davam edəcək: “Hesab edirəm ki, bir ay müddətinə I mərhələ yekunlaşaraq nəticələr məlum olacaq. Yəni, su nümunələri, dib çöküntüləri və axarların kəmiyyət-keyfiyyət göstəricilərinin təhlilləri aparılır. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq”.