PSJ-nin yeni transferi Lionel Messi Liqa 1-in 2 -ci turunda “Strasburq”la matçda oynamayacaq.
Milletinsesi.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu barədə Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino məlumat verib. O, argentinalı hücumçunun tətildən qayıtdıqdan sonra cəmi 2 dəfə məşq etdiyini bildirib. Mütəxəssis 34 yaşlı futbolçunun özünü tam hazır hiss etdiyi vaxt oynayacağını söyləyib.
“Le Parisien” nəşri isə yazıb ki, Messinin PSJ-dəki debütü avqustun 29-dan tez olmayacaq.
Qeyd edək ki, Lionel Paris klubu ilə 2+1 illik müqavilə imzalayıb.