Türkiyədə daha bir meşə yanğını ocağı yaranıb

Türkiyənin İzmir şəhərində yenə meşə yanğını başlayıb.

Milletinsesi.az “Haber Global”a istinadən xəbər verir ki, yanğın İzmirin Çeşmə rayonu ərazisində baş verib.

Meşələrin yandığını görən vətəndaşlar dövlət qurumlarına bu barədə xəbər veriblər. Əraziyə 3 helikopter, 3 yanğınsöndürən maşın və çoxlu sayda personal cəlb olunub.

Küləkli hava şəraitinin yanğınsöndürmə tədbirlərinə mənfi təsir etdiyi deyilir.

Share: