Lənkəranda evini tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a bildiriblər ki, Lənkəran şəhər sakini K.Hüseynovaya COVID-19 testinin nəticəsi pozitiv çıxmasına görə ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, onun karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyənləşdirilib. Tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı ünvana qaytarılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Share: