“Real” Messinin gedişinə necə reaksiya verib?

“Real”ın Lionel Messinin “Barselona”dan getməsinə necə reaksiya verdiyi məlum olub.

Milletinsesi.az “The Athletic”ə istinadən xəbər verir ki, Madrid klubu əsas rəqibin əsas oyunçusunu itirməsini xüsusi qeyd etməyib:

 

“Real” hər iki klubda maliyyə vəziyyətinin nə olduğunu çox yaxşı bilir. Messinin gedişi heç kim üçün böyük sürpriz olmadı. Təbii bir şey kimi qəbul edildi. “Real” bu vəziyyətə o qədər də əhəmiyyət vermir, çünki özləri də Kriştiano Ronaldonu itiriblər və onu əvəz etmək üçün maddi imkanları yox idi. Gələcəkdə “Real” Mbappeni alacaq” – deyə nəşr yazıb.

Qeyd edək ki, Messi azad agent kimi PSJ-yə keçib.

Share: