Ukraynanın maliyyə resursları tükənə bilər.
Millətin Səsi.az xarici mətbuata istinadən xəbər verir ki, payızda Ukraynann beynəlxalq borcun iki il müddətinə təxirə salınması ilə bağlı razılaşmaya baxmayaraq, iqtisadiyyatı kəskin enişlə üzləşə bilər
Ukraynanın müharibə xərcləri ayda 3.3 milyarda qədər yüksəlib.
Nazirlər Kabineti artıq hərbi ehtiyaclarını ödəmək üçün gündəlik xərclərdə kəskin azalma tətbiq edib. Bundan əlavə, səlahiyyətlilər daha sərt tədbirlər görə bilər.
“Ölkədə nəsə baş verməlidir – ya vergilər artmalı, ya da xərclər azalmalıdır. Hamı müharibənin tezliklə bitəcəyini düşünürdü. Amma bu, aylar, hətta illər çəkəcək”, – Kaliforniya Universitetinin professoru Yuri Qorodniçenko bildirib.
İqtisadi Strategiya Mərkəzinin direktor müavini Mariya Repkonun fikrincə, bizneslərə hər hansı əlavə vergilər onların müflisləşməsinə gətirib çıxara bilər ki, bu da humanitar böhranı daha da gücləndirər. Onun sözlərinə görə, hərbi xərclərin irimiqyaslı artımı indiki səviyyədə davam edərsə, payızda ölkədə vəsait tükənəcək.
xarici dəstək olmasa, Ukrayna iqtisadi baxımdan hərbi əməliyyatları davam etdirə bilməyəcək.