İrəvan metrosu 3 saat bağlı qaldı

Bu gün səhər İrəvan metropoliteninin stansiyalarının qapıları sərnişinlər üçün açılmayıb.

Milletinsesi.az xəbər verir ki, buna səbəb metropoliten işçilərinin aksiyası olub. Maşinistlər əmək haqlarının artırılması tələbi ilə tətilə başlayıblar.

Bir neçə saatlıq danışıqlardan sonra rəhbərlik maşinistlərlə razılaşa bilib və 09:30-dan metropolitenin fəaliyyəti bərpa edilib.

Share: