Paşinyanın istefası tələbilə aksiya keçirildi

İrəvanın Respublika meydanında Ermənistanın Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyası başlayıb.

 

Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, aksiya Ermənistanın Polşadakı sabiq səfiri Edqar Qazaryan tərəfindən təşkil edilib.

 

O bildirib ki, müxalifətçilər Baş nazirlə görüşməyi planlaşdırırlar. Görüşün gündəliyində olan yeganə məsələ Paşinyanın istefasıdır.

 

“Paşinyan xalqın pulu ilə 2 milyona avtomobil alıb, üstəlik helikopteri də var. Qoy onlardan istifadə edərək hökumət binasına gəlib bizimlə görüşsün” , – keçmiş səfir deyib.

Mənbə

Share: