“Müharibə ədalətli sülhlə başa çatmalıdır”

Müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli sülhlə başa çatmalıdır.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz hesab edirik ki, fevralın 24-dən davam edən müharibə Ukraynanın ərazi bütövlüyü və suverenliyinə əsaslanan ədalətli sülhlə başa çatmalıdır. Türkiyə bu məqsədə çatmaq üçün diplomatik kanal yaratmaq üçün fövqəladə səylər göstərib. Bu məsələdə əhəmiyyətli nailiyyətlərimiz var, xüsusən də Antalyada xarici işlər nazirlərinin görüşünü, İstanbulda danışıqları və “taxıl dəhlizi”nin işə salınmasını qeyd edə bilərik”, – deyə Türkiyə lideri vurğulayıb.

Mənbə

Share: