Avropada təbii qazın qiyməti, təqribən, 8 % ucuzlaşaraq avqustun 9-dan bəri ilk dəfə 1000 kubmetr üçün 2000 ABŞ dollarından aşağı düşüb.
Bu barədə Milletinsesi.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir.
Avropanın ən likvid habı olan TTF-də (Niderland) “mavi yanacağ”ın oktyabr fyuçerslərinin qiyməti ticarətə 1000 kubmetr üçün 2086,6 dollar səviyyəsində başlasa da, daha sonra 1972,2 dollara düşüb.