Şəhid analarının problemləri həll edildi

Şəhid anası Gülmirə Məmmədovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət qısa zamanda təmin edilib.

Bu barədə qurumdan Milletinsesi.az-a verilən məlumatda bildirilib.

Qeyd edilib ki, Vətənin bütövlüyü uğrunda canından keçən Məhəmməd Məmmədovun xatirəsinin əbədiləşdirildiyi abidənin önündən keçən qaz xəttinin yeri dəyişdirilib.

Bundan başqa Gülmirə Məmmədovanın digər bir müraciəti əsasında Ağcabədi şəhərinin Füzuli küçəsində yerləşən fərdi yaşayış evi qazlaşdırılıb. Həmçinin şəhid Eltun Qarayevin atası Elman Qarayevin də müraciəti Birliyin əməkdaşları tərəfindən operativ şəkildə təmin edilib.

Bərdə rayonu, Qazıqurdalı kəndində ucaldılan şəhid bulağının qarşısından keçən qaz xəttinin yeri dəyişdirilib.

Mənbə

Share: