AK Macarıstana 7,5 milyard avroluq ödənişlərin dondurulmasını təklif edib

 

Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) tarixində ilk dəfə rəsmi olaraq quruma üzv ölkəsinə Aİ büdcəsindən ödənişlərin dondurulmasını təklif edib.

Bu barədə Milletinsesi.az  “TASS”a istinadən xəbər verir.

Qeyd olunub ki, Macarıstana ödənilməli olan 7,5 milyard avroya qədər ödənişlər dondurula bilər.

Avropa Komissiyasının büdcə və idarəetmə üzrə komissarı Yohannes Han bazar günü Avropa Komissiyasının kollegiyasının fövqəladə iclasından sonra bildirib ki, bu qərarın səbəbi ölkənin korrupsiya ilə mübarizədə kifayət qədər səy göstərməməsidir.

“Biz belə nəticəyə gəldik ki, Macarıstanda Aİ büdcəsindən ödənişlər kifayət qədər qorunmur, Macarıstanın korrupsiya və maraqların toqquşması ilə mübarizə sahəsində gördüyü tədbirlər kifayət deyil”.

Avropa Komissiyası Avropa İttifaqı Şurasına balanslaşdırılmış inkişaf fondu çərçivəsində üç əməliyyat proqramı çərçivəsində bütün ödənişlərin 65%-ni dayandırmağı təklif edir ki, bu da təxminən 7,5 milyard avroya bərabərdir.

İndi büdcədən ödənişlərin dondurulması təklifinə Avropa İttifaqı Şurası baxmalıdır.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban Qərbin Ukrayna və Rusiya siyasətini kəskin tənqid edib.

 

Share: