“Mən vicdan alverilə məşğul olmuram…”

 “Xarici agentəm? Qoy olsun, mən buna Yeltsin dönəmində başlamışam, Putin dönəmində davam edəcəyəm…”

“Mən öz fikrimi və düşüncələrimi satmıram və başqalarından da almıram…”

“Mən satira və yumor janrı ilə məşğulam və siyasi konyuktura səbəbindən bundan imtina etməyəcəyəm…”

“Mənim də Konstitusiyamızda təsbit olunan söz azadlığı hüququm var…”

“Bir çox illərdir ki, mən Ukraynadan bir qəpik belə almıram…”

“Birincisi, mən siyasi fəaliyyətlə məşğul olmuram. Öz konsertlərimdə səhnədə yumor janrı ilə, siyasi satira ilə məşğulam. Mən artıq 28 ildir ki, bununla məşğulam. Deməli, buna Boris Nikolayeviç Yeltsinin dönəmində başlamışam və bunu etməkdə davam edirəm.

Mən öz istifadəçilərimə və ya tamaşaçılarıma bu janrdan kənarda müraciət edirəmsə, bunu insan kimi, həm də tamamilə səmimi olaraq edirəm. Səmimi və öz vicdanım qarşısında dürüst qalmaqla edirəm”.

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı teleaparıcı, şoumen və parodiyaçı Maksim Qalkin Rusiyanın Ədliyyə Nazirliyinin ona xarici agent statusu verilməsi ilə bağlı qərarını belə şərh edib. Bu barədə Rusiya KİV-ləri yazıb.

Ədliyyə Nazirliyi, səmimilik və vicdanlılıq abırlı insanlar tərəfindən alver edilmir, ümid edirəm ki, mən də belələrinə aidəm. Mən öz fikrimi və öz düşüncələrimi satmıram və başqalarından da almıram. Mən vicdan alverilə məşğul olmuram”, – Qalkin deyib.

Ukraynaya gəldikdə, nə zamansa, təxminən 10 il öncə, mən konsert verəndə pul qazanırdım. Amma bir çox illərdir ki, Ukraynadan bir qəpik belə almıram.

Ona görə də bunlar uydurulan bəhanədir. Bunun nədən baş verdiyini bilmirəm. Hansı məqsədlərin güdüldüyünü də bilmirəm. Mən satira və yumor janrı ilə məşğulam və siyasi konyuktura səbəbindən bundan imtina etməyəcəyəm.

Mən öz siyasətçilərimiz barədə necə zarafatlar etmişəmsə, bunu davam edəcəyəm. Mən bunu normal hesab edirəm və bu, mənim işləmək hüququmdur.

Mənim də həmçinin Rusiya Federasiyası Konstitusiyasında təsbit edilən və yəqin ki, Ədliyyə Nazirliyinin də qorumalı olduğu söz azadlığı hüququm var. Bu bizim Konstitusiyamızdır və orada söz azadlığı hər bir vətəndaşın əzəli hüququ kimi göstərilib. Məncə, bu, 29-cu maddədə yazılıb. Özünüz bilərsiniz. Xarici agentəm, qoy olsun. Mən özümü xarici agentlərə aid etmirəm”, – sosial şəbəkələr Maksim Qalkindən iqtibas gətirib.

Xatırladaq ki, ötən cümə günü Rusiyanın Ədliyyə Nazirliyi Maksim Qalkini “xarici agent” statusu olan insanların siyahısına salıb.

Parodiyaçının bu siyahıya salınması Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun onun barədə dediklərindən iki həftədən də az müddət sonra baş verib: “Qalkinlə biz eyni yolu gedə bilmərik”.

Mənbə

Share: