Deputatlar beynəlxalq konqresdə iştirak ediblər

 

Parisdə Beynəlxalq Astronavtika Federasiyasının 73-cü Konqresi çərçivəsində quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin 12-ci beynəlxalq iclası keçirilib.

Milletinsesi.az xəbər verir ki, Azərbaycanı bu iclasda Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov və deputat Vüqar Bayramov təmsil ediblər.

Deputat S. Məmmədov bildirib ki, Azərbaycan 2013-cü ildə orbitə ilk peykini buraxdıqdan sonra dünya kosmik klubunun fəal üzvünə çevrilib.

2013-cü ildə Azərbaycanın “Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istifadəsi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında” Müqaviləyə qoşulduğunu diqqətə çatdıran Soltan Məmmədov bu sazişin kosmik sektorda intellektual potensialın və maddi-texniki bazanın formalaşdırılmasına xidmət etdiyini diqqətə çatdırıb.

S.Məmmədov 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinin Azərbaycanın paytaxtında keçiriləcəyini qeyd edərək, 1973-cü ildə Sovet İttifaqı dönəmində Beynəlxalq Astronavtika Konqresinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə məhz Bakıda təşkil olunduğunu bildirib.

Mənbə

Share: