Türkiyənin Bartın vilayətində yerləşən kömür mədənində baş vermiş partlayışa görə cinayət işi açılıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Bartın Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, açılan cinayət işi çərçivəsində 25 şübhəli saxlanılıb.
Oktyabrın 14-də baş vermiş partlayış nəticəsində 41 nəfər ölüb, çox sayda insan yaralanıb.