Lavrov dəstəyə görə Çinə təşəkkür etdi 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq Yi ilə telefonla danışıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

 

Telefon danışığı zamanı Ukrayna məsələsi müzakirə olunub.

 

Lavrov Çinin Ukrayna münaqişəsinin həllində Rusiyanın mövqeyini dəstəklədiyinə Vanqa təşəkkür edib.

 

Akif İsmayılov 

Mənbə

Share: