Azərbaycanda bu il oktyabrın 1-dən minimum pensiyanın məbləği 200 manata çatdırılacaq

Minimum əmək haqlarının artırılması barədə imzalanan Sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq.

Report xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev Real TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, minimum əmək haqqı artımı bütün sahələrdə tətbiq olunacaq: “Apardığımız təhlillərə görə, özəl sektorda muzdla çalışan 300 minə yaxın insanın əmək haqqında artım müşahidə olunacaq”.

Nazir müavini qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq: “Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcək”.

 

Share: