Başqaları üçün edilən duanın böyük təsirləri var

İbadətlər arasında duanın xüsusi yeri vardır. Çünki Allah yanında ən uca ibadət kimi hesab olunur. Dua – Xaliqi nə qədər tanımağın nişanəsidir. Dua insanın Allah qarşısında nə qədər aciz olduğunu göstərər. Biz gündə on dəfə dua edir və deyirik ki, Allahım, bizi doğru yola hidayət et. Dua – İlahi rəhməti cəlb edəndir. “Əgər mənim Rəbbim(ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi”. (“Furqan” 77).

Milletinsesi.az deyerler.org-a istinadən bildirir ki, nə zaman hər kim dua etmək istəsə, bilməlidir ki, Allah ona hər şeydən yaxındır və dua edənin duasını eşidər. Bu mövzudan başa düşmək olur ki, Allah biz insanları nə qədər çox sevir və bəndələrinin dualarını eşitməyə müştaqdır. Bəzən bəndəsinin dua etməsindən o qədər xoşu gəlir ki, duanın yerinə yetməsini təxriə salır. Bəndəsinin səsini davamlı olaraq eşitmək istəyir.

İmam Sadiq (ə) buyurur: “Allahın xoşuna gəlmir ki, bəndələr hacətlərinin yerinə yetməsi üçün bir-birinə təkid etsinlər. Ancaq özünə qarşı təkidi sevər. Allah Təala sevir ki, Ondan istənilsin və Onun yanında olan üçün xahiş olsun”.

Başqaları üçün dua etməyin qəribə təsirləri vardır. O cümlədən duasının tez bir zamanda yerinə yetməsinə səbəb olar, insana çoxlu savablar qazandırar, Allah yanında sevimli edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, mömin qadın və ya kişi üçün dua etsin, məgər o halda ki, Allah Təala Qiyamət gələnə qədər keçmişdə və gələcəkdə olan hər kişi və qadın görə dua etdiyi şeyi ona qaytarar”.

İmam Sadiqin (ə) səhabələrindən olan Həmad nəql edir: “Həzrətə (ə) dedim: “Mən özümü qardaşlarım və Əhli-Beytin (ə) davamçıları üçün dua etməklə məşğul edirəm. İşim budur ki, onlar üçün dua edirəm. Özümə heç bir nəzər salmıram. Sizin mənim bu yolum haqqında fikriniz nədir?”. Həzrət (ə) cavabında buyurur: “Allah başqasına görə dua edənin duasını yerinə yetirər. Hər kim mömin qardaş və bacıları və bizi sevənlər üçün dua edər, Allah Adəmdən (ə) Qiyamətə qədər hər möminə görə ona savab inayət edər”. (Erfan)

Allah Təala İslam Peyğəmbərinə (s) buyurur: “Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam, Məni çağıran zaman dua edənin duasını qəbul edirəm. Odur ki, Mənim dəvətimi qəbul etsinlər və Mənə iman gətirsinlər ki, bəlkə yolu tapdılar”. (“Bəqərə” 186).

Share: