ABŞ Avstraliyanın şimalında nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələri yerləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir ki,bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.
Telekanal ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığını bildirir.
ABŞ Hərbi Hava Qüvvələri qeyd edib ki, ABŞ-ın Avstraliyaya bombardmançı təyyarələr yerləşdirməsi düşmənlərə güclü mesaj verir.
Akif İsmayılov