Moskvada erməni iş adamı intihar etdi

İş adamı Artyom Aslanyan Moskvanın elit “Vorobyevı Qorı” yaşayış kompleksində özünü güllələyib.

 

Ölümündən əvvəl biznesmen anasına bir mesaj yazıb. O, çox narahat olduğunu və ümumiyyətlə hər şeydən bezdiyini qeyd edib.

 

İntiharın ilkin səbəbi bizneslə bağlı problemlərdir.

 

Ötən gün Aslanyanın ad günü olub. Onun 39 yaşı var. O, restoran biznesi və qida xidmətləri ilə bağlı beş şirkətin qurucusu olub: “Moskou Fud”, “Park Menecment”, “Bluefin Moskva Siti”, “İstanbul Kabab” və “Kurskaya Ploşad”.

Mənbə

Share: