ABŞ bu ölkəyə nüvə silahı daşıyan təyyarələr yerləşdirir 

ABŞ Avstraliyanın şimalında nüvə silahı daşıya bilən B-52 bombardmançı təyyarələri yerləşdirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki,bu barədə Avstraliyanın ABC telekanalı məlumat yayıb.

 

Telekanal ABŞ-ın Avstraliyanın şimalındakı Tindal aviabazasına 6 ədəd B-52 bombardmançı təyyarəsi yerləşdirməyi planlaşdırdığını bildirir.

 

ABŞ Hərbi Hava Qüvvələri qeyd edib ki, ABŞ-ın Avstraliyaya bombardmançı təyyarələr yerləşdirməsi düşmənlərə güclü mesaj verir.

 

Akif İsmayılov 

Mənbə

Share: