“Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
H. Mirzəyev noyabrın 7-də 65 yaşında dünyasını dəyişib.
Mərhum bu gün dəfn ediləcək.
Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən “Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.