Blinkenin köməkçisi Ermənistan-Azərbaycan münaqişəsindən DANIŞDI 

Azərbaycan və Ermənistan arasında Sovet İttifaqının çökməsindən sonra başlayan və 30 ildən çox davam edən münaqişəyə uzunmüddətli sülhün əldə edilməsi üçün tarixi fürsət var.

 

Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid senatın Xarici əlaqələr komitəsində keçirilən dinləmələr zamanı deyib.

 

O, bildirib ki, sentyabrın 13-14-də olduğu kimi bu istiqamətdə bəzi geriləmələr olub.

 

“Toqquşma başladığı zaman biz dərhal döyüşlərin dayandırılması ilə məşğul olduq. Bu geriləmə bizim hamımıza vəziyyətin həssasslığını, dayanıqlı və hərtərəfli sülh razılaşmasının önəmini xatırlatdı”, – deyə Karen Donfrin bildirib.

 

O əlavə edib ki, Dövlət katibi Entoni Blinkenin liderliyi ilə ABŞ dialoqun davam etdirilməsində vasitəçi olub və sentyabın 19-da həmçinin noyabrın 7-də xarici işlər nazirlərinin birgə görüşünə ev sahibliyi edib.

 

Donfrid vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün dəstəklənməsi doğru davranış olmaqla yanaşı ABŞ-ın milli təhlükəsizlik marağıdır.

Mənbə

Share: